İNTERNAT MƏKTƏBİNDƏ HEYDƏR ƏLİYEV FONDUNUN TƏŞƏBBÜSÜ İLƏ RAHAT ŞƏRAİT YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Əzizbəyov rayonundakı Şüvəlan qəsəbəsində beyin iflici və poliomelit keçirmiş uşaqlar üçün 16 saylı internat məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. 205 uşağın müalicə və təhsil aldığı, 98 nəfər müəllim, tərbiyəçi, tibb işçisinin çalışdığı bu müəssisədə artıq uşaqların rahatlığı üçün hər cür şərait yaradılmışdır. İstilik, su, kanalizasiya, işıq, rabitə sistemi təzələnmiş, yeməkxana, idman zalı, kitabxana, müalicə və müayinə kabinələri müasir tibbi avadanlıqla komplektləşdirilmişdir. Məktəbin şagirdləri İrlandiya, Yaponiyada keçirilən yarışlarda qızıl medallar qazanmış, Bakı Şəhər Baş Təhsil İdarəsinin turnirlərində birinci yeri tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]