Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İntersputnik”in baş direktoru: Azərbaycan Cənubi Qafqazda kosmik texnologiyaların inkişaf nöqtəsidir - MÜSAHİBƏ

“İntersputnik”in baş direktoru: Azərbaycan Cənubi Qafqazda kosmik texnologiyaların inkişaf nöqtəsidir - MÜSAHİBƏ

Bakı, 9 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

“İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı kosmik rabitə sistemlərinin koordinasiyası və istifadəsi ilə məşğul olan dövlətlərarası təşkilatdır. Təşkilat dünyanın müxtəlif regionlarından olan üzv dövlətləri birləşdirir. Azərbaycan 2004-cü ildən “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatına üzv olub ki, bu da ölkənin qlobal kosmik rabitə layihələrində iştirakını və həmin təşkilat çərçivəsində “Azərkosmos” agentliyi ilə əməkdaşlığını təsdiqləyir. Azərbaycan iştirakçı ölkə kimi təşkilatın imkanlarından telekommunikasiya və peyk xidmətlərinin inkişafı üçün istifadə edir, bununla da “Azərkosmos”la tərəfdaşlığın əhəmiyyətini vurğulayır. Təşkilat, həmçinin 2023-cü il oktyabrın 2–6-da Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunub.

AZƏRTAC-a eksklüziv müsahibəsində “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatının baş direktoru Kseniya Drozdova Azərbaycanın kosmik sənayenin inkişafındakı rolu, beynəlxalq tərəfdaşlıqlar, peyk texnologiyalarının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti, həmçinin “İntersputnik”lə əməkdaşlıq perspektivləri və kosmik texnologiyaların Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfələr barədə danışıb.

— Azərbaycan kosmik sənayenin inkişafında regional və beynəlxalq səviyyədə hansı rolu oynayır və bu, Cənubi Qafqazda əməkdaşlığa necə təsir göstərir?

— Hesab edirəm ki, “Azərkosmos” şirkətinin son 10 ildə keçdiyi yol uğurludur və milli layihənin regional liderliyə transformasiyasının əyani nümunəsidir. Peyk rabitəsi sahəsində milli layihələr, bir qayda olaraq, daxili bazara yönəlir və ölkə daxilində rəqəmsal uçurumun aradan qaldırılması məqsədilə dövlət üçün infrastruktur aktivi rolunu oynayır. Regionda bu cür uğurlu nümunələr çox deyil və Azərbaycan onlardan biridir. Lakin “Azərkosmos”un nümunəsinin unikallığı şirkətin xarici bazarlarda, xüsusən Cənubi Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada, eləcə də Yaxın Şərq və Saxaradan cənubdakı Afrika ölkələri daxil olmaqla daha geniş coğrafiyada misilsiz uğur qazanmasındadır.

Bundan əlavə, qeyd etmək vacibdir ki, ilkin olaraq peyk rabitəsi operatoru kimi yaradılmış “Azərkosmos” kosmik xidmətlər portfelini ardıcıl şəkildə şaxələndirərək Yer müşahidəsi və məsafədən zondlama istiqamətlərini inkişaf etdirir.

— Sizin fikrinizcə, “Azərkosmos” şirkəti üçün beynəlxalq kosmik agentliklər və kommersiya strukturları ilə əməkdaşlıq baxımından ən böyük perspektivlər hansı sahələrdə mövcuddur?

— Peyk bazarının mövcud vəziyyətini qiymətləndirərkən qeyd etmək olar ki, iri qlobal kommersiya oyunçuları sənayedə, o cümlədən regional bazarlarda üstün mövqeyə çıxmağa başlayırlar. Bu, həm geostasionar (GEO), həm də qeyri-geostasionar (non-GEO) seqmentlər üçün keçərlidir. Bu şəraitdə regionun milli oyunçuları arasında əməkdaşlıq, habelə beynəlxalq hökumətlərarası təşkilatlarla tərəfdaşlıq balansın qorunması və milli və regional operatorların maraqlarının müdafiəsinin təmin edilməsi baxımından kritik əhəmiyyət daşıyır.

— Peyk rabitəsinin, Yerin müşahidəsinin və monitorinqinin Azərbaycan üçün iqtisadi və strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?

— Azərbaycan Qafqaz dağlarında və Xəzər dənizi yaxınlığında yerləşir. Ölkənin həm dəniz, həm də quru aktivləri kənd təsərrüfatı və balıqçılıq sənayesinin inkişafı üçün unikal şərait yaradır ki, bu da Azərbaycanı regionun əsas ixracatçılarından birinə çevirir. Müasir dəqiq əkinçilik, “ağıllı kənd təsərrüfatı” və məhsul proqnozlaşdırılması analitikası peyk texnologiyalarından istifadə olmadan mümkün deyil.

Bundan əlavə, peyklər ölkənin sənaye və şəhər inkişafında mühüm rol oynayaraq Azərbaycanın regionun ən dinamik inkişaf edən dövlətlərindən biri olmasına töhfə verir. Peyk rabitəsi ölkə ərazisinin demək olar ki, bütün hissəsində kommunikasiya imkanlarını təmin edir, həm biznes, həm də əhali üçün rəqəmsal inklüzivlik səviyyəsini yüksəldir. Prinsipial əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, bütün bu xidmətlər Azərbaycanın öz peyk aktivləri və infrastrukturu əsasında göstərilir. Bu isə peyk texnologiyaları və xidmətləri sahəsində səriştə mərkəzinin formalaşmasına, eyni zamanda milli kosmik sənaye üçün kadr hazırlığının dayanıqlı mənbəyinə çevrilir. “Azərkosmos” bu imkandan uğurla istifadə edərək öz bazasında Kosmik Akademiya yaradıb.

— Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsindən sonra kosmik texnologiyaların iqlim monitorinqi və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında potensialını necə qiymətləndirirsiniz?

— Peyk texnologiyaları rabitənin və infrastrukturun inkişafını təmin etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına mühüm töhfə verə bilər. Ən əhəmiyyətli töhfə aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

-DİM 2 – Aclığın aradan qaldırılması: peyklər dəqiq əkinçilik və “ağıllı kənd təsərrüfatı”nda istifadə olunaraq istehsalın səmərəliliyini artırır;

-DİM 3 – Sağlamlıq və rifah: peyk rabitəsi teletibb üçün etibarlı kanallar təmin edir;

-DİM 4 – Keyfiyyətli təhsil: peyklər ən ucqar ərazilərdə distant təhsilin təşkili imkanını yaradır;

-DİM 9 – Sənaye, innovasiyalar və infrastruktur: peyk həlləri korporativ və dövlət şəbəkələrində geniş tətbiq olunur;

-DİM 10 – Bərabərsizliyin azaldılması: peyk interneti zəif bağlantı olan ərazilərdə əhalinin rəqəmsal inklüzivliyini təmin edir;

-DİM 11 – Dayanıqlı şəhərlər və yaşayış məntəqələri: peyklər ucqar və izolyasiya olunmuş icmalar üçün rabitəni təmin edir;

-DİM 14 – Dəniz ekosistemlərinin qorunması: dəniz rabitəsi bir çox hallarda yalnız peyklər vasitəsilə mümkündür;

-DİM 17 – Dayanıqlı inkişaf naminə tərəfdaşlıq: peyk rabitəsinin qlobal əhatəsini nəzərə alaraq, yuxarıda sadalanan bütün məqsədlərin reallaşdırılması beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil.

— Sizin fikrinizcə, beynəlxalq kosmik ekosistemə inteqrasiyanın dərinləşdirilməsi üçün Azərbaycan hansı istiqamətləri prioritetləşdirməlidir – elmi tədqiqatlar, “New Space” sahəsində startaplar, yoxsa texnologiya transferi?

— Hesab edirəm ki, “Azərkosmos” tərəfindən təşəbbüs göstərilmiş kadr hazırlığı və potensialın artırılması layihəsi, yəni “KOSMİK Akademiya”sı tamamilə düzgün istiqamətdir. Peyk və kosmik sənaye sahəsində peşəkar təhsilə malik, yüksək səviyyədə hazırlanmış mütəxəssislər uğurlu milli kosmik sənayenin “qanı”dır. Səmərəli texnologiya transferi və yüksək təhsil səviyyəsi mövcud olduğu halda, bu, ölkə daxilində elmi tədqiqatların inkişafını stimullaşdıracaq, yeni təşəbbüslərin, ixtiraların və ideyaların yaranmasına, eləcə də Azərbaycanda “New Space” sahəsində startapların və layihələrin inkişafına gətirib çıxaracaq.

— Peyk rabitəsi, birgə layihələr və sənayenin inkişafı kimi sahələrdə Azərbaycan, xüsusilə “Azərkosmos” ilə “İntersputnik” Beynəlxalq Kosmik Rabitə Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi potensialını necə qiymətləndirirsiniz?

— “İntersputnik” Avrasiya, Latın Amerikası və Afrika regionlarından olan üzv dövlətləri və imzaçıları birləşdirən beynəlxalq hökumətlərarası kosmik rabitə təşkilatıdır. “İntersputnik”in təsis edilməsi haqqında saziş BMT Katibliyində qeydiyyata alınıb. Bizim üçün üzv dövlətlər və peyk sənayesinin digər iştirakçıları arasında beynəlxalq əməkdaşlıq prinsipial əhəmiyyət daşıyır. Bu gün peyk rabitəsi qlobal kommunikasiya sistemində optik-lifli və mobil şəbəkələrlə müqayisədə hələ də nisbətən kiçik paya malikdir. Yalnız səylərin birləşdirilməsi yolu ilə peyk sənayesi qlobal telekommunikasiya infrastrukturunda daha əhəmiyyətli mövqe tuta bilər. Biz məmnunuq və qürur duyuruq ki, güclü regional peyk rabitəsi operatoru olan “Azərkosmos” “İntersputnik”in üzv dövləti olan Azərbaycanın adından təşkilatımızın imzaçısıdır və kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bütün təşəbbüslərdə fəal iştirak edir. Bunlara “Azərkosmos”un gənc mütəxəssislərinin “Intersputnik Youth Far Beyond Borders” layihəsində iştirakı, eləcə də ötən il Bakıda təşkilatlarımız tərəfindən birgə keçirilmiş potensialın artırılması və təlim üzrə seminar da daxil olmaqla digər birgə təşəbbüslər və tədbirlər daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb