İORDANİYA ABŞ VƏ İSRAİLİN TƏLƏBİ İLƏ TELESERİALIN NÜMAYİŞİNİ DAYANDIRMIŞDIR
İordaniya rəhbərliyi bu qərarı ABŞ-ın və İsrailin tələbi ilə qəbul etmişdir. Onların fikrincə, serialda antisemitizm ideyaları təbliğ olunur, dini və etnik düşmənçilik qızışdırılır.
Vaşinqton və Təl-Əviv İordaniya hökumətinin qərarından razı qalaraq bildirmişlər ki, bu cür serialların nümayişi “informasiya terrorizmidir”.
Məşhur “Sionist müdriklərin protokolları” kitabı əsasında çəkilmiş “Diaspor” serialında ümumdünya “Sionist müdriklər şurası”nın köməyi ilə yəhudilərin dünyada baş verənləri gizli idarə etdikləri iddia olunur.
2003-cü ildə Fransa ilə Livan arasında teleseriala görə qalmaqal baş vermişdi. Həmin dövrdə serial Livanın “Əl-Manar” peyk kanalı ilə nümayiş etdirilirdi. Fransa serialın nümayişinə etiraz əlaməti olaraq öz ərazisində kanalın yayımını dayandırmışdı. 2002-ci ildə Misirdə göstərilən və həmin kitab əsasında çəkilmiş “Atsız atlı” teleserialı da İsrail və ABŞ tərəfindən kəskin tənqid olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [21:45]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]