İordaniyanın “Əl-Diyar” qəzeti Azərbaycan səfirinin müsahibəsini yayıb
Əmman, 8 dekabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov “Əl-Diyar” qəzetinə müsahibəsində ölkələrimiz arasında münasibətlərin inkişafından bəhs edib.
Səfir əlaqələrin yaranmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və İordaniya Kralı Hüseynin rolundan, Prezident İlham Əliyev və Kral II Abdullahın dostluq əlaqələrindən və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən danışıb.
Ölkələrimiz arasında əməkdaşlıqla bağlı 40 sazişin imzalandığını qeyd edən diplomat mədəniyyət, turizm və digər sahələri əhatə edən əməkdaşlıq proqramının müddəalarının icrası məqsədi ilə tərəflərin konkret tədbirlərin həyata keçirilməsi istiqamətində gördüyü işləri qeyd edib. Səfir, həmçinin Əmman şəhərindəki meydanlardan birinə ulu öndər Heydər Əliyevin adının verilməsi və parlamentlərarası əlaqələrin inkişafı məsələlərindən danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları diqqətə çatdırıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]