İQTİSAD UNİVERSİTETİNDƏ “MƏZUN GÜNÜ”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasimi universitetin pektor əvəzi, professor Telman Hüseynov açaraq demişdir ki, bu il 3 min 667 tələbə bakalavr və magistr pilləsi üzrə təhsillərini başa vurmuş, onlardan 306 nəfəri fərqlənmə diplomuna layiq görülmüşdür. Qeyd olunmuşdur ki, bu təhsil ocağında son dövrdə yeni fakültələr açılmış, informasiya texnologiyalarının tətbiqi genişlənmiş, tələbələrin yüksək səviyyəli təhsil alması üçün şərait yaradılmışdır.
Vergilər naziri Fazil Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək məzunlara uğurlar arzulamış, iqtisadçı kadrlar kimi onları ölkəmizin inkişafına layiqli töhfələr verməyə çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]