Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

2008-ci ilin ilk üç ayında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarının təhlili göstərir ki, iqtisadiyyatın son illərdə müşahidə olunan dinamik inkişafı artıq dönməz xarakter almış, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilmişdir.

Sözsüz ki, bu uğurların həlledici amili ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi islahatlar siyasətidir.

Dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsulun artımı 13,8 faiz təşkil etmişdir və ölkəmiz ötən il olduğu kimi, bu göstəriciyə görə dünya ölkələri arasında ön sıralardadır.

Neft-qaz hasilatının artması, investisiya mühitinin daha da yaxşılaşdırılması, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənubi Qafqaz qaz kəmərinin fəaliyyətə başlaması, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun yaxın gələcəkdə inşası gəlirlərin əhəmiyyətli dərəcədə artmasına və ölkəmizin davamlı inkişafına əlverişli zəmin yaradır.

İqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı yüksəliş digər istehsal sahələrinə də müsbət təsir göstərir və bu ilin birinci rübündə sənaye məhsulunun artımı 12,9 faiz təşkil etmişdir. Xüsusi vurğulamaq istərdim ki, neft sektorunda olduğu kimi, sənayenin qeyri-neft sahələrində də ciddi inkişaf meyilləri müşahidə olunur. Birinci rübdə burada məhsul istehsalı 14,7 faiz artmışdır ki, bu da iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsinin nəticəsidir. Ümumiyyətlə, bu ilin birinci rübündə qeyri-neft sahələrində artım 11,3 faiz səviyyəsində olmuşdur.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından ən mühüm sahə olan aqrar sektorda bu ilin ilk üç ayında artım 3,5 faiz təşkil etmişdir. Bu, ilk növbədə, aqrar sahədə istehsalın stimullaşdırılmasına yönəldilən kompleks tədbirlərin nəticəsidir.

Azərbaycanın ümumi daxili məhsulunda böyük xüsusi çəkiyə malik olan xidmətlər sahəsində son illərdə ciddi yüksəliş müşahidə edilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin birinci rübündə yük daşımaları 12,8 faiz, rabitə xidmətləri 45,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 29,5 faiz artmışdır.

Ölkəmizin maliyyə imkanlarının genişlənməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər investisiya qoyuluşunun artmasına müsbət təsir göstərməkdədir. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyalar təxminən 21,4 faiz artmışdır ki, bu da iqtisadiyyatın davamlı inkişafına zəmin yaradır.

İqtisadiyyatda müşahidə olunan dinamik artım 2008-ci ilin birinci rübü üzrə dövlət büdcəsinin göstəricilərində də özünü aydın şəkildə büruzə verir.

Belə ki, birinci rübdə dövlət büdcəsinin mədaxil proqnozu 1 milyard 789 milyon manata qarşı 1 milyard 984 milyon və ya 111 faiz icra olunmuşdur. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 897,5 milyon manat və ya 82,6 faiz çoxdur. Vergilər Nazirliyi proqnoz göstəriciləri 108 faiz, Dövlət Gömrük Komitəsi 100,2 faiz, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 131 faiz, Dövlət Neft Fondu 134,5 faiz yerinə yetirmişdir.

Birinci rüb ərzində dövlət büdcəsinin xərcləri 1,4 milyard manat və ya 75,7 faiz icra edilsə də, bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 538 milyon manat və ya 64,4 faiz çoxdur. Nəticədə birinci rübdə 612 milyon manatlıq profisit yaranmışdır.

Hörmətli iclas iştirakçıları!

Cənab Prezidentin imzaladığı və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi məqsədi daşıyan “Xüsusi iqtisadi zonaların yaradılması haqqında” Sərəncam iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi, ölkəmizin ixrac imkanlarının artırılması baxımından böyük əhəmiyyətə malikdir. Sərəncama uyğun olaraq, müvafiq qanun layihəsi və digər əlaqədar sənədlər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Bu il həmçinin ümumi məbləği təxminən 2,8 milyard manatdan artıq olacaq dövlət investisiyaları hesabına da çox əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması həyata keçiriləcəkdir.

Mühüm layihələrə misal olaraq, Səngəçal və Naxçıvanda modul tipli elektrik stansiyalarının, Lənkəran və Zaqatalada hava limanlarının, Bakı Metropoliteninin şimal sahəsinin, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inşasını və digərlərini göstərmək olar. Qeyd olunanlarla bərabər, bildirmək istərdim ki, Bakı şəhərində bərk məişət və sənaye tullantılarının emalı üzrə zavodun tikilməsi ilə bağlı təqdim olunmuş layihələrin qiymətləndirilməsi işi başa çatdırılmış və hazırda qalib şirkətlə müvafiq müqavilənin layihəsi razılaşdırılır.

Dövlət başçısının Sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin qeyri-neft sahələrinə investisiya qoyuluşlarının artırılması ilə bağlı fəaliyyəti genişlənməkdədir.

Bu günədək iqtisadiyyatın real sektorunda Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Bakıda yeni süd zavodunun inşasını və mövcud süd zavodunun yenidən qurulmasını, “Qaradağ Sement” zavodunda yenidənqurma işlərinin aparılmasını, yodlaşdırılmış və rafinadlaşdırılmış duz zavodunun inşasını, neft və qaz terminalının tikintisini, “Dəvəçi Broyler” fabrikində damazlıq təsərrüfatının yaradılmasını və quş əti istehsalının genişləndirilməsini nəzərdə tutan layihələrə investisiya qoyulmuşdur.

Bu ilin birinci rübündə Azərbaycan İnvestisiya Şirkətinin və İslam İnkişaf Korporasiyasının təsis etdikləri Xəzər Beynəlxalq İnvestisiya Şirkəti fəaliyyətə başlamışdır.

Növbəti iki il ərzində bu şirkət vasitəsilə qeyri-neft sahələrinə 70 milyon ABŞ dollarınadək investisiyaların cəlb edilməsi mümkündür. Bu mexanizmin daha geniş tətbiqi üçün hazırda bir sıra digər xarici investorlarla müvafiq işlər aparılır.

Adı çəkilən layihələrə Azərbaycan İnvestisiya Şirkətinin investisiyalarının məbləği 55 milyon manat təşkil etmişdir. Yerli və xarici investorlar tərəfindən həmin layihələrə 600 milyon manatdan artıq investisiya ayrılması razılaşdırılmışdır.

Bu layihələrə Azərbaycan İnvestisiya Şirkətinin mümkün investisiyalarının məbləği ən azı 90 milyon manat, cəlb olunması nəzərdə tutulan yerli və xarici investisiyaların məbləği isə təxminən 850 milyon manat təşkil edir.

Hörmətli iclas iştirakçıları!

Cənab Prezidentin siyasətinin ən mühüm istiqamətlərindən biri iqtisadiyyatın regional baxımdan tarazlı inkişafın təmin edilməsindən ibarətdir. Belə ki, məhz, bu yanaşma inkişafın davamlılığını təmin edə bilər.

Təsadüfi deyil ki, cənab Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasına xüsusi diqqət yetirir. Ötən müddət ərzində cənab Prezident 50-dən artıq şəhər və rayona, o cümlədən bir neçə dəfə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, proqramın icrasının gedişi ilə şəxsən tanış olmuşdur. Belə diqqətin nəticəsidir ki, ötən dövr ərzində 660 mindən artıq yeni iş yeri yaradılmışdır. Bununla yanaşı, bildirmək istərdim ki, cənab Prezidentin tapşırığına uyğun olaraq, regionlarda başlanmış işlərin ardıcıl şəkildə davam etdirilməsi məqsədi ilə 2009-2013-cü illər üçün regionların sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət proqramı hazırlanmaqdadır.

Ötən illərdə olduğu kimi, bu il də sahibkarlığın dəstəklənməsi siyasəti davam etdirilir və yeni qaydalara uyğun olaraq, güzəştli kreditlərin verilməsi ilə bərabər, sahibkarlara texniki yardımların göstərilməsi, onların beynəlxalq əlaqələrinin genişləndirilməsi ilə bağlı əməli kömək göstərilir.

İlin birinci rübündə ölkənin 21 şəhər və rayonu üzrə 55 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 5 milyon manatlıq güzəştli kredit verilmişdir.

Bu ilin yanvar ayından etibarən sahibkarlıq subyektlərinin “vahid pəncərə” prinsipi əsasında qeydiyyata alınması kiçik və orta sahibkarlığın inkişafına ciddi təkan verməkdədir.

Sahibkarlığın inkişafı ilə bağlı kompleks tədbirlərin davam etdirilməsi məqsədi ilə “2008-2015-ci illər üçün Sahibkarlığın inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır və aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.

Ölkəmizin iqtisadi qüdrəti və maliyyə imkanları möhkəmləndikcə, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün əlverişli zəmin yaranır, minimum əmək haqqı və pensiyalar, müavinətlər davamlı olaraq artırılır. Bu ilin birinci rübündə orta aylıq əmək haqqı 26,5 faiz, əhalinin pul gəlirləri 33,1 faiz artmışdır.

Gəlirlərin artması ilə bərabər, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsində inflyasiyaya qarşı tədbirlər böyük əhəmiyyət kəsb edir. 2008-ci ilin üç ayı ərzində inflyasiyanın səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz, ilin əvvəlindən isə 8 faiz təşkil etmişdir. Aparılmış təhlillər göstərir ki, istehlak bazarında bir sıra məhsulların, xüsusilə də ərzaq məhsullarının bahalaşması meyilləri dünya iqtisadiyyatında baş verən proseslərlə, o cümlədən yanacağın bahalaşması, bəzi istehsalçı ölkələrin ixraca məhdudiyyətlər qoyması, subsidiyaların götürülməsi, əlverişsiz hava şəraiti və digər amillərlə bağlıdır. Bu səbəbdən dünya ölkələrinin böyük əksəriyyətində istehlak qiymətlərinin artımı müşahidə edilir.

Azərbaycanda bahalaşma meyillərinin qarşısını almaq məqsədi ilə, ilk növbədə, yerli istehsalın stimullaşdırılması, qiymətlərin süni şəkildə şişirdilməsi halları ilə mübarizənin gücləndirilməsi, haqlı rəqabətin qorunması və yuxarıda deyildiyi kimi, sahibkarlığın inkişafı ilə bağlı işlər genişləndiriləcəkdir. Digər tərəfdən, bildirmək istərdim ki, istehlak bazarındakı qeyri-sabitliyin vətəndaşlara təsirinin maksimum azaldılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması məsələlərini daim diqqət mərkəzində saxlayan cənab Prezident tapşırıq vermişdir ki, 2015-ci ilədək müddəti əhatə edən “Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramı”nın layihəsi hazırlanaraq, aidiyyəti üzrə təqdim edilsin. Bu proqramın layihəsi artıq təqdim olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan dövlətinin apardığı sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsindən, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir. Bu ilin 2 ayında xarici ticarət dövriyyəsi 60 faiz, o cümlədən ixrac 2,2 dəfə artmışdır.

Ölkənin Dünya Ticarət Təşkilatına üzv olması prosesi ilə bağlı danışıqlar bu il həlledici mərhələyə qədəm qoyur və gələn ay danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır.

Möhtərəm Prezident!

Hörmətli iclas iştirakçıları!

Yuxarıda göstərilən uğurların daha da möhkəmləndirilməsi, cənab Prezidentin müəyyən etdiyi siyasətin reallaşdırılması üçün qarşımızda çox mühüm vəzifələr durur.

İlk növbədə, iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı işlərin sürətləndirilməsi nəzərdə tutulur.

2009-2012-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanması və makroiqtisadi siyasətin əlaqələndirilməsinin gücləndirilməsi təmin olunacaq, yuxarıda göstərilən antiinflyasiya tədbirləri davam etdiriləcəkdir.

Kommunal islahatların sürətləndirilməsi, iqtisadi cəhətdən əsaslandırılmış qiymət və tariflərin müəyyənləşdirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi davam etdiriləcəkdir ki, bu da dolayı subsidiyaların azaldılmasına, sui-istifadə hallarının aradan qaldırılmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcəkdir.

Sahibkarlığın dəstəklənməsi sahəsində güzəştli kreditlərin verilməsi ilə bərabər, xüsusi iqtisadi zonaların, sənaye şəhərciyinin, biznes-inkubatorların, biznes-tədris mərkəzlərinin yaradılması istiqamətində real tədbirlər görüləcəkdir. Bununla yanaşı, beynəlxalq maliyyə təsisatları ilə əlaqələrimiz keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılacaq, onların imkanlarının ölkəmizin sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün ciddi işlər görüləcəkdir.

Cari ildə Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə qurumları ilə su və elektrik təchizatının yaxşılaşdırılması, beynəlxalq standartlara cavab verən yolların inşası, sosial obyektlərin tikintisi sahələrində başlanmış işlər davam etdiriləcəkdir.

Bununla yanaşı, Avropanın qonşuluq siyasəti çərçivəsində imzalanmış 5 illik Fəaliyyət planının icrası üçün zəruri işlərin görülməsi nəzərdə tutulur.

Cənab Prezident!

Sizi əmin etmək istərdim ki, müəyyən etdiyiniz siyasətin, verdiyiniz tapşırıqların layiqincə həyata keçirilməsi üçün bundan sonra da bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO