İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ BRİFİNQ KEÇİRİLMİŞDİR
Sərəncamda hər iki səhmdar cəmiyyətinin işində dəyişikliklərin edilməsi barədə İqtisadi İnkişaf Nazirliyinə tapşırıq və göstərişlərin verildiyini xatırladan Heydər Babayev bildirmişdir ki, artıq onun əmrləri ilə Baba Rzayev “Bakıelektrikşəbəkə”yə və Fəxri Məmmədov “Sumqayıtelektrikşəbəkə”yə sədr təyin edilmişlər.
Nazir demişdir ki, SC-lərin aktivləri üzrə əks təhvil-təslim işləri yenicə başladığı üçün, hələlik şəbəkələr üzrə operativ idarəetmə ilə bağlı məsuliyyət yeni təyin olunmuş sədrlərin üzərinə düşmür. Operativ idarəetmənin hələ də “Barmek” şirkəti tərəfindən aparıldığına görə, əks təhvil-təslim işləri barədə protokol imzalananadək Bakı şəhərinin, Sumqayıtın və bölgələrin elektik enerjisi ilə təminatı üçün məsuliyyətini bu şirkət daşıyır.
H.Babayev bildirmişdir ki, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə”nin işini normal şəkildə təmin etməyə, eləcə də əhaliyə və təşkilatlara verilən elektrik enerjisinin haqqının yığımını artırmağa öz imkanımız vardır.
Sonda nazir KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]