“İQTİSADİ İNKİŞAF NAZİRLİYİNƏ TEXNİKİ YARDIM” LAYİHƏSİ TƏQDİM EDİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Avropa Komissiyası nümayəndələrinin, Avropa ölkələrinin Bakıdakı səfirləri və diplomatlarının, beynəlxalq iqtisadi və maliyyə təşkilatları təmsilçilərinin iştirak etdiyi mərasimdə iqtisadi inkişaf naziri Fərhad Əliyev son illər respublikamızda aparılan iqtisadi islahatlar nəticəsində qazanılmış uğurlardan danışmış, Avropa Birliyi ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın qurulduğunu, layihənin əhəmiyyətini vurğulamışdır.
Avropa Komissiyasının layihələr üzrə meneceri xanım Reyçel Makqovan və texniki yardım layihəsinin rəhbəri cənab Ceff Valdok layihə barədə geniş məlumat vermişlər.
Büdcəsi 1,6 milyon avro olan və İqtisadi İslahatlar Mərkəzinin iştirakı ilə reallaşdırılacaq layihəyə əsasən, nazirliyin əməkdaşlarına əməli yardım göstəriləcək, onlara “İş zamanı” təlimi keçiləcək, qurumun texniki təchizatı yaxşılaşdırılacaqdır. Nəticədə iqtisadi siyasətin beynəlxalq standartlara uyğun inkişafı və həyata keçirilməsi təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]
Masallının iki kəndinin yolları təmir olunub VİDEO
- 29.09.2026 [17:20]