İqtisadiyyat nazirinin müavini Kürdəmirdə vətəndaşlarla görüşəcək
Bakı, 20 dekabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dekabrın 22-də Kürdəmir şəhərində (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 20 - Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binası) Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları dinləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Kürdəmir və Ucar rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]