İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak etmiş əməkdaşlarına bayram sovqatı verilib
Bakı, 17 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyində digər qurumlarda olduğu kimi, Vətən müharibəsində iştirak etmiş əməkdaşlara xüsusi diqqət göstərilir. Bu istiqamətində növbəti tədbir olaraq, nazirliyin nümayəndələri Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüşüb, Novruz bayramı münasibətilə sovqat təqdim ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmçinin Sumqayıt Kimya Sənaye Parkının Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əməkdaşı Asəf Nəsibovun ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıb, bayram sovqatı təqdim ediblər.
Ümumilikdə, İqtisadiyyat Nazirliyinin Vətən müharibəsində iştirak etmiş 131 əməkdaşının ailəsinə Novruz sovqatı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]