İQTİSADİYYATA KREDİT QOYULUŞU ÇOXALMIŞDIR
Kreditlərin 4128,4 milyard manatı (62,9 faiz) qısamüddətli, 2429,6 milyard manatı (37 faiz) isə uzunmüddətli olmuşdur.
Dövlət bankları iqtisadiyyata 3276,7 milyard manat (49,96 faiz), özəl banklar 3083,2 milyard manat (47,01 faiz), qeyri-bank kredit təşkilatları isə 198,1 milyard manat (3,02 faiz) kredit qoymuşlar.
Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 1243,4 milyard manat (18,96 faiz) kredit yönəldilmişdir. 100 faiz xarici kapitalla işləyən banklar isə 118,6 milyard manat (1,81 faiz) kredit vermişlər.
Kreditlərin 2584,9 milyard manatı (39,42 faiz) milli, 3973 milyard manatı (60,58 faiz) isə xarici valyuta ilə verilmişdir.
Kreditlərin 1083 milyard manatı (16,52 faiz) dövlət bölməsinə, 5474 milyard manatı (83,48 fazi) isə özəl bölməyə yönəldilmişdir.