İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
Tbilisi, 21 noyabr, AZƏRTAC
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra formalaşacaq yeni hökumətin başçısının adını açıqlayıb. Hakim partiya hazırkı Baş nazir İrakli Kobaxidzenin yenidən Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze siyasi şuranın bugünkü iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, partiyanın siyasi şurasının qərarına əsasən, Baş nazir vəzifəsinə namizəd yenə İrakli Kobaxidze olacaq. Parlamentin sədri vəzifəsinə isə yenidən Şalva Papuaşvilinin namizədliyi irəli sürüləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]