İrakli Qaribaşvili: Gürcüstanın xarici borcu bu il 5 faiz azalacaq
Tbilisi, 25 iyun, AZƏRTAC
Gürcüstanın xarici dövlət borcu bu il ümumi daxili məhsulun həcmi ilə müqayisədə 60 faizlik səviyyədən 55 faizə düşəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin 10 illik inkişaf planı ilə bağlı parlamentdəki çıxışından sonra deputatların suallarını cavablandırarkən söyləyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən ölkənin xarici borcu xeyli artıb. Lakin hökumət bu il borcun 5 faiz azalması istiqamətində çalışır.
Baş nazir deyib ki, yaxın bir neçə ildə xarici dövlət borcunu pandemiyadan əvvəlki 40 faizlik səviyyəyə endirmək niyyətindədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]