İrakli Qaribaşvili: Regionda sülhün və sabitliyin təmin edilməsi vacibdir
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Regionda sülhün və sabitliyin təmin olması vacibdir. Gürcüstan regionda sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hər zaman hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyan ilə telefon danışığı zamanı söyləyib.
Gürcüstan Hökumət Dəftərxanasından bildirilib ki, baş nazirlər Ermənistan və Azərbaycan sərhədindəki vəziyyət barədə danışıblar.
İrakli Qaribaşvili regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, vəziyyətin dinc danışıqlar yolu ilə tənzimlənməsi vacibdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]