İrakli Qaribaşvili və Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə ediblər
Tbilisi, 14 iyun, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib. Bildirilib ki, görüşdə Aİ ilə Gürcüstan arasında münasibətlərin inkişaf perspektivləri, Avropa Komissiyasının Gürcüstan hökumətinə təklif etdiyi 12 bəndlik öhdəliklərin yerinə yetirilməsi və digər məsələlər müzakirə olunub.
Söhbət zamanı Cənubi Qafqaz regionundakı vəziyyət, təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər.
Baş nazir İrakli Qaribaşvili regionda təhlükəsizliyin təmin olunmasında, eləcə də enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində Avropa İttifaqının rolunun artırılmasının vacibliyini qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]