İran Britaniyaya məxsus gəmini azad edib
Tehran, 23 sentyabr, AZƏRTAC
İran Böyük Britaniyaya məxsus neft tankerini azad edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi məlumat yayıb. O qeyd edib ki, məhkəmə araşdırması başa çatıb və Böyük Britaniyanın “Steno Impero” neft tankeri azad edilib. Hökumət nümayəndəsi gəmiyə qarşı hansı cəzanın kəsildiyi barədə heç nə deməyib.
Xatırladaq ki, 2 ay əvvəl Britaniyanın Sahil Mühafizə Qüvvələri İrana məxsus neft tankerini Hibraltarda həbs etmişdi. Bir neçə gün sonra İran da Britaniyaya məxsus gəmini Hörmüz boğazında həbs edib. ABŞ-ın etirazlarına baxmayaraq, 10 gündən sonra Britaniya məhkəməsi İran tankerini azad edib. Bu gün isə İran Britaniyaya məxsus gəmini azad edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]