İRAN İRAQDAN 300 MİLYARD DOLLAR KOMPENSASİYA ALMAQ ÜMİDİNDƏDİR
O demişdir: “BMT-nin hesablamalarına görə, İrana 100 milyard dollar məbləğində ziyan dəymişdir. Lakin biz güman edirik ki, bu məbləğ daha böyükdür. Müstəqil qiymətləndirmə aparıldığı vaxtdan təxminən 20 il keçdiyi nəzərə alınarsa, təzminatın məbləği artırılmalı və indi 300 milyard dollardan 400 milyard dollaradək olmalıdır”.
Onun sözlərinə görə, İran Səddam Hüseynin məhkəməsini diqqətlə izləyəcək və öz tələblərinin ödənilməsinə nail olmaq niyyətindədir. İranın Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir.
İran sabiq İraq prezidentini kütləvi qırğınlar, bəşəriyyətə qarşı cinayətlər, hərbi cinayətlər törədilməsində, qadağan olunmuş silahlardan istifadə edilməsində təqsirləndirir.
Xatırladaq ki, İranla İraq arasında 8 il sürən müharibə zamanı, müxtəlif hesablamalara görə, 700 mindən 1 milyonadək adam həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]