İran Prezidenti İslam dövlətlərinin başçılarına müraciət ünvanlayıb
Tehran, 3 noyabr, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani müqəddəs Məhəmməd Peyğəmbərin mübarək doğum günü münasibətilə İslam dövlətlərinin başçılarına təbrik ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, Prezident H.Ruhaninin İslam ölkələrinin başçılarına təbrik müraciətində Avropada Peyğəmbərin karikaturasının çəkilməsinə toxunaraq deyilir: “İslamın əziz Peyğəmbəri aləmlər üçün mərhəmət və əxlaq nümunəsidir. Belə böyük şəxsiyyətə hörmətsizlik dəyərlərə, əxlaqa və azadlığa hörmətsizlikdir. Hörmətsizlik edənləri dəstəkləmək isə alçaqlıq, murdarlıq və ifratçılığı dəstəkləməkdir.
H.Ruhani İranın bu əməlləri qətiyyətlə qınadığını vurğulayaraq qeyd edib ki, İslam ölkələrindən də bu cür məntiqsiz hərəkətləri qınamağı gözləyir.
İran Prezidenti, həmçinin koronavirusun bütün dünyaya yaşatdığı çətin günlərin qarşılıqlı yardımla tezliklə arxada qalacağına, İslam ölkələri başda olmaqla, bütün bəşəriyyətin həyatına sağlamlığın və firavanlığın qayıdacağına inandığını bildirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]