İran prezidenti Nyu-Yorka getməkdə tərəddüd edirdi
Tehran, 24 sentyabr, AZƏRTAC
Prezident Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyində deyildi.
AZƏRTAC xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi jurnalistlərə deyib. O bildirib ki, prezident tərəddüd edirdi. Lakin sonradan qərara aldı ki, İran xalqının səsi BMT tribunasından səslənməlidir və dünya birliyi həqiqətin nədən ibarət olduğunu görməlidir. Həqiqət isə ondan ibarətdir ki, rəsmi Vaşinqton BMT qərargahının ABŞ ərazisində yerləşməsindən sui-istifadə edir.
Ə.Rəbbi əlavə edib ki, ABŞ İran nümayəndə heyətinin əksər üzvlərinə viza verməkdən imtina etdi. Bu, ən sadə beynəlxalq normalara da ziddir. Beynəlxalq təşkilatın qərargahının bu və ya digər dövlətin ərazisində olması həmin dövlətə üstünlük vermir. Beynəlxalq razılaşmalara və konvensiyalara hamı əməl etməlidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]