İRAN VƏTƏNDAŞLARI TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 23-də saat 15:00 radələrində, 3 naməlum şəxs Binə qəsəbəsindəki “Araz-Avia” ticarət mərkəzində yerləşən puldəyişmə məntəqəsində, oranın işçisi Rasim Əliyevə zor tətbiq edərək 1500 dollar pulunu alıb “Tofaş” markalı avtomaşınla hadisə yerindən qaçmışlar.
Əzizbəyov Rayon Polis İdarəsi 2-ci bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş İran vətəndaşları Şirazi Fərd Mansur Nasir, Xaladi Abdulrazax Xolən Hüseyn və Xosropur Qulam Şaxi Əliməhəmməd tutulmuşlar.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]