İranda bir gündə koronavirusdan 141 nəfər həyatını itirib
Tehran, 1 iyul, AZƏRTAC
İyulun 1-nə olan məlumata əsasən İranda koronavirusa yoluxan 141 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. O deyib ki, son 24 saat ərzində 2549 nəfər virusa yoluxub, 141 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 230 min 211 nəfərə, ölənlərin sayı isə 10 min 958-ə yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 191 min 487 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsi davam edən 3 min 81 nəfərin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, bu gündən başlayaraq İranın Tehran daxil olmaqla 11 vilayətində karantin tədbirləri sərtləşib. Tibbi maskadan istifadə məcburidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]