İranda cinayətkar qrupun üzvləri həbs edilib
Tehran, 3 noyabr, AZƏRTAC
İranda korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində bank sənədlərini saxtalaşdırmaqda ittiham edilən 15 nəfər həbs edilib.
AZƏRTAC xəbər verir ki, xüsusi xidmət və hüquq mühafizə orqanlarının İranın Şərqi Azərbaycan vilayətində həyata keçirdikləri birgə əməliyyat nəticəsində cinayətkar qrup aşkarlanıb. Bu qrup sənədləri saxtalaşdıraraq banklardan iri məbləğdə kredit götürür, müxtəlif yollarla onu mənimsəyib ödəniş etmirmiş.
Cinayətkarlar, həmçinin vəzifəli şəxsləri ələ almaqda, rüşvət verməkdə və başqa maliyyə fırıldaqlarında ittiham olunur.
İstintaqın gedişi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]