İranda məktəblilərin zəhərlənməsi valideynlərlə polis arasında qarşıdurmaya səbəb olub
Bakı, 10 aprel, AZƏRTAC
İranın Kürdüstan vilayətində məktəbli qızların zəhərlənməsi valideynlərlə polis arasında qarşıdurmaya səbəb olub.
AZƏRTAC xəbər verir ki, məktəbdə qızların zəhərlənməsi barədə məlumat alan valideynlər təcili olaraq məktəbin qarşısına toplaşıblar. Hadisə yerinə gələn polis onları məktəbin qarşısından uzaqlaşdırmağa çalışıb, bu isə qarşıdurmaya səbəb olub. Zorla məktəbə daxil olan valideynlər çağırılan təcili tibbi yardım avtomobilini gözləmədən uşaqlarını həkimə çatdırıblar.
Qeyd edək ki, İranın Kürdüstan vilayətindəki qızlar məktəbində qidalanmadan 74 məktəbli zəhərlənib. Onlardan 20-sinin vəziyyəti ağırdır.
Oxşar hadisə mart ayında Tehranda da baş verib. Zəhərlənməyə səbəb məktəbin yeməkxanasında istifadə müddəti başa çatmış qida məhsullarından istifadə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]