İRANDA ÖMƏR XƏYYAMIN XATİRƏSİ EHTİRAMLA YAD EDİLİR
Xatirə tədbirlərində Xəyyam poeziyasının pərəstişkarları məhəbbət, dostluq və həyatın mənası haqqında rübailəri bilməkdə yarışacaqlar. Dahi şairin riyaziyyat, astronomiya və fəlsəfə sahəsində əsərləri də diqqətdən kənarda qalmayacaqdır.
YUNESKO 17 mayı – şair, filosof və alim Ömər Xəyyamın anadan olduğu günü əlamətdar tarixlər təqviminə daxil etmişdir. İran Mədəniyyət və İslami İrşad Nazirliyinin, İslam Mədəniyyəti və Dini Əlaqələr Təşkilatının köməyi ilə fars-tacik şairinin doğum günü dünyanın 55 ölkəsində qeyd olunur.