İranda prezident seçkilərində iştirak etmək istəyən namizədlərin qeydiyyatı tarixi müəyyənləşib
Tehran, 9 fevral, AZƏRTAC
İranda keçiriləcək prezident seçkilərində iştirak etmək istəyən namizədlərin qeydiyyatı mayın 11-də başlayacaq və 5 gün davam edəcək. Bu müddət ərzində namizəd lazım olan bütün sənədləri toplayıb Seçki Bürosuna təqdim etməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İranın Daxili İşlər Nazirliyinin bəyanatında yer alıb.
Qeyd edək ki, İranda növbəti - 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək. İran parlamentinin və Xubreqan məclisinin bir neçə deputatı koronavirusa yoluxaraq vəfat etdiyi üçün prezident seçkiləri ilə paralel olaraq, bu orqanlara da seçkilər keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]