İranda sutka ərzində koronavirusdan 148 nəfər həyatını itirib
Tehran, 2 iyul, AZƏRTAC
İyulun 2-nə olan məlumata əsasən, İranda koronavirusa yoluxan 148 nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari məlumat verib. O deyib ki, son 24 saat ərzində 2652 nəfər virusa yoluxub, 148 nəfər ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 232 min 8631-ə, ölənlərin sayı isə 11 min 106-ya yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 194 min 863 sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsi davam edən 3 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
İranın Səhiyyə Nazirliyinin yeni texnologiyaların inkişafı şöbəsinin müdiri Hüseyn Vətənpur bildirib ki, elmi laboratoriyalarda İran alimləri koronavirusa qarşı vaksinin hazırlanması üzərində işləyirlər. Onun sözlərinə görə, 2021-ci ildə İran koronavirusa qarşı vaksin istehsalına başlayacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]