İRANDA TURİSTLƏR ŞƏFFAF GƏMİDƏ DƏNİZ GƏZİNTİSİNƏ ÇIXA BİLƏCƏKLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu günlərdə İranın Buşir limanında şəffaf gövdəli gəzinti gəmisi suya buraxılmışdır. Adi gəminin və sualtı qayığın elementlərini özündə birləşdirən gəmi İranda inşa olunmuşdur. Bu, dəniz nəqliyyatının belə qeyri-adi konstruksiyalı ilk nümunəsidir. Gəminin üst göyərtəsi restoran avadanlığı ilə təchiz olunmuşdur. Burada 32 adamlıq yer vardır. Suyun səthindən 2 metr aşağıda yerləşən alt göyərtə 30 adamlıqdır. Turistlər burada salonun şəffaf divarlarından dənizin sualtı mənzərəsini müşahidə edə biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]