İranda YDM-lərin yarıdan çoxu sıradan çıxarılıb
Bakı, 18 dekabr, AZƏRTAC
İranda yanacaqdoldurma məntəqələrinin (YDM) ən azı 60 faizi yanacaq kartlarının nasazlığı nəticəsində işini dayandırmalı olub.
AZƏRTAC xəbər verir ki, IRNA agentliyi bu barədə İranın neft nazirinin müavini Cəlil Salariyə istinadla məlumat yayıb.
"Yanacaqdoldurma məntəqələrinin 60 faizi yanacaq kartlarını oxumaqda problemlə üzləşib. Yanacağın əllə satışı rejiminə keçirilməsi üzrə işlər davam edir”, - deyə Cəlil Salari bildirib. O, problemin nədən qaynaqlandığını açıqlamayıb.
İranın neft naziri Cavad Oudji isə öz növbəsində yerli vaxtla saat 15:00-dək bütün YDM-lərin işinin bərpa olunacağını bildirib.
“Gonjeshke Darande” haker qrupu yanacaqdoldurma məntəqələrinə kiber hücum həyata keçirərək onları sıradan çıxardığını iddia edib.
Xatırladaq ki, İranın YDM-lərində miqyaslı nasazlıq sonuncu dəfə 2021-ci ilin oktyabrında müşahidə olunmuşdu.
İranda 2019-cu ilin noyabrında benzin və dizel yanacağının qiymətlərinin artırılması ilə əlaqədar əhaliyə kvota əsasında güzəştli qiymətə yanacaq satışı üçün kart sistemi tətbiq edilib. Kvotanın həcmi adambaşına ayda təxminən 60 litrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]