İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib
Tehran, 24 sentyabr, AZƏRTAC
İranın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və ona etiraz notası təqdim olunub.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, rəsmi London İranda insan hüquqlarının pozulmasına etiraz edərək rəsmi Tehranı bu istiqamətdə həyata keçirdiyi siyasəti yenidən nəzərdən keçirməyə çağırıb. Notada qeyd olunub ki, İranda ikili vətəndaşlığa malik olanlara qarşı münasibət heç də yaxşı deyil. Onların təqib olunaraq casusluqda ittiham edilməsi yolverilməzdir.
Qəzet yazır ki, analoji addımı yaxın günlərdə Almaniya və Fransada atacaq.
Rəsmi Tehran isə ölkədə insan hüquqlarının pozulması haqqında irəli sürülən bu iddiaları rədd edir. Nəzərə çatdırılır ki, Fransa da sosial ədalətsizliyə etiraz edən “sarı jiletlilər” hərəkatının üzvləri nümayiş zamanı polisin tətbiq etdiyi zorakılıqla qarşılaşır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]