İranın Çabahar limanının ABŞ-ın sanksiyalarının qurbanına çevrilməsi yolverilməzdir
Tehran, 8 iyun AZƏRTAC
İranın Çabahar beynəlxalq limanının ABŞ-ın sanksiyalarının qurbanına çevrilməsi yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, bu bəyanat ilə Hindistanın xarici işlər naziri Suşma Suaş çıxış edib. Hindistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşən S.Suaş bildirib ki, Çabahar limanı Hindistan üçün olduqca əhəmiyyətlidir. Bu liman vasitəsilə Hindistan Əfqanıstan və Orta Asiya ölkələri ilə ticarət əlaqələri qurmaq niyyətindədir. Nazir ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların Çabahar limanına şamil edilməyəcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, Çabahar İranın Sakit okean sahilində yeganə limanıdır. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Belə ki, Hindistan ilə yanaşı, cənub-şərqi Asiyanın digər ölkələri də bu limandan istifadə etməklə Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyirlər. Həmin ölkələrdən ixrac olunan malların gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti ilə Azərbaycan və Rusiya ərazisindən Avropaya və əks istiqamətə daşınması nəzərdə tutulub.
Qeyd edək ki, Çabahar limanının yenidən qurulması və texniki vasitələrlə təmin olunması üçün Hindistan İrana 2 milyard dollar kredit təqdim edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:53]
Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]