İranın Hərbi Dəniz Qüvvələrinə 188 ədəd pilotsuz uçan aparat verilib
Tehran, 23 sentyabr, AZƏRTAC
İran Hərbi Dəniz Qüvvələrinə 188 ədəd pilotsuz uçan aparat (PUA) verilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən vitse-admiral Əlirza Təngsəri bu aparatların 200 kilometr məsafəni qət edərək mərkəzə foto və video materiallar göndərmək imkanına malik olduğunu bildirib. Onlar hərbi gəmilərdə yerləşdiriləcək və əsas məqsəd dənizdən gələn təhlükəni dəf etməkdən ibarətdir. İran dəniz sərhədlərini daha mükəmməl qorumaq əzmindədir.
Diqqətə çatdırılıb ki, PUA-lar tam yerli istehsaldır və sərhədlərin mühafizəsi üçün daha səmərəli tədbirlər görüləcək.
Ölkənin Hərbi Dəniz Qüvvələrinə, həmçinin dörd yeni vertolyot da verilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]