İRANIN İMDAD KOMİTƏSİ AZƏRBAYCANA HUMANİTAR YARDIM GÖNDƏRMİŞDİR
İran İslam Respublikasının İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycana 300 min ABŞ dolları dəyərində 130 ton humanitar yardım göndərmişdir.
AZƏRTAC xəbər verir ki, 40 ton düyü, 25 ton bitki yağı, 40 ton makaron və 25 min qutu yuyucu tozdan ibarət yardım humanitar təşkilatın himayəsində olan qaçqın, məcburi köçkün və əlillərə, şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə paylanacaqdır.