İranın pilotsuz uçuş aparatları ABŞ-ın hərbi gəmilərini nəzarətdə saxlayır
Tehran, 24 sentyabr, AZƏRTAC
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) ABŞ-ın Fars körfəzində təyyarə daşıyan hərbi gəmisini nəzarətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, bunu SEPAH-ın dəniz qüvvələrinin komandanı vitse-admiral Əlirza Təngsiri mətbuata açıqlamasında deyib. O bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) Fars və Hörmüz boğazlarında və Oman dənizində hərbi gəmiləri diqqətlə izləyir. Sərhədlərin mühafizəsi üçün PUA-lar hazır vəziyyətdə saxlanılır.
Vitse-admiral onu da nəzərə çatdırıb ki, İran istehsalı olan PUA-lar HDQ-nin kəşfiyyat imkanlarını daha da artırıb. Həmin PUA-lar mərkəzə foto və video materiallar göndərir.
Ə.Təngsiri ABŞ-ın hərbi gəmisinin nəzarətdə saxlanılması prosesini də nümayiş etdirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]