İRANIN XARİCİ İŞLƏR NAZİRİ MÜAVİNİNİN MƏTBUAT KONFRANSI
İran diplomatının sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun sahilyanı dövlətlərin xarici işlər nazirləri müavinləri səviyyəsində Bakıda keçirilmiş 13-cü iclasında tərəflər bu sənədin ayrı-ayrı bəndlərinin müzakirəsini davam etdirmişlər. Mehdi Səfəri qeyd etmişdir ki, iclasda ticarət gəmiçiliyi, habelə əməkdaşlığın müxtəlif istiqamətlərinə dair məsələlər barəsində razılaşmalar əldə olunmuşdur.
İran diplomatı jurnalistlərin suallarına cavab verərək, Xəzərin sahilyanı dövlətlər arasında bölüşdürülməsinə dair öz ölkəsinin məlum mövqeyini təkrar etmişdir. Bu mövqe isə ondan ibarətdir ki, İrana dənizin digər Xəzəryanı ölkələrlə bərabər hissəsi məxsus olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]