İRANIN XARİCİ İŞLƏR NAZİRİ TÜRKİYƏ PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
Danışıqlarda Türkiyə dövlətinin başçısı ölkəsi ilə İran arasında təhlükəsizlik sahəsində əlaqələrin yaxşı nəticələr verdiyini və Ankaranın bu istiqamətdə tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirmişdir. O, terrorizmlə mübarizədə iki ölkənin mövqelərinin uyğun gəldiyini vurğulamış və ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə tərəfdar olduğunu söyləmişdir.
Türkiyə lideri həmçinin vurğulamışdır ki, Ankara və Tehran İraq böhranı ilə əlaqədar ümumi narahatlıq keçirir və bu ölkənin birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılması uğrunda çıxış edir.
Mənuçehr Mottəki demişdir ki, İranın yeni hökuməti iki qonşu ölkə arasında qarşılıqlı qardaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və genişləndirilməsinə, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə tərəfdardır.
Elə həmin gün İran XİN-in başçısı Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınc və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə də görüşmüşdür.
Danışıqlarda ikitərəfli münasibətlərlə bağlı məsələlər, regional və beynəlxalq problemlər, habelə İraqda son hadisələr müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]