İranın yeni Prezidentinin andiçmə mərasimi avqustun 3-də keçiriləcək
Tehran, 28 iyun, AZƏRTAC
Avqustun 3-də İran Prezidenti Həsən Ruhanin səlahiyyət müddəti başa çatacaq və yeni seçilmiş Prezident İbrahim Rəisi vəzifəsinin icrasına başlayacaq.
AZƏRAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran İslam Şurası Məclisinin (parlamentin) sədr müavini Əli Nikzad deyib.
O bildirib ki, yeni prezidentin andiçmə mərasimi də avqustun 3-də keçiriləcək. Mərasimdə yerli və xarici qonaqlar iştirak edəcəklər. Mərasim parlamentdə keçiriləcək və koronavirus pandemiyası ilə əlaqədar əlavə tədbirlər də görüləcək.
Qeyd edək ki, iyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi qalib gəlib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]