İranlı şahmatçı: İkinci dəfə “Baku Open”in qalibi olmaq çox gözəl hissdir
Bakı, 6 may, AZƏRTAC
Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Şərait əla idi. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Baku Open-2026" Beynəlxalq Şahmat Festivalının qalibi, iranlı Sina Movahed deyib.
O, turnirdə çox sayda güclü şahmatçının olduğunu söyləyib: “Öz çıxışıma gəlincə, birinci yeri tutmağı bacardığıma görə sevinirəm. Çox gözəl hissdir. Artıq ikinci dəfədir “Baku Open”in qalibi oluram. Məqsədim ikinci dəfə bu uğura nail olmaq deyildi. Sadəcə yaxşı şahmat oynamaq istəyirdim. Çox xoşdur ki, bu mənim ikinci qələbəm oldu. Hazırda kifayət qədər yaxşı formadayam”.
S.Movahed turnirdə mübarizə aparan Azərbaycan şahmatçılarının çıxışını yüksək qiymətləndirdiyini bildirib: “Düşünürəm ki, Azərbaycanın çox güclü komandası var, eyni zamanda, burada çoxlu istedadlı gənc şahmatçı yetişir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]