İRAQ HƏBSXANALARINDA 99 ƏCNƏBİ VƏTƏNDAŞ VAR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraq həbsxanalarında silahlı basqınlarda və terror aktlarında əli olmaqda şübhəli bilinən 99 əcnəbi vətəndaş var. İraqın insan hüquqları naziri Bəxtiyar Əmin iyulun 12-də Bağdadda bildirmişdir ki, onların 26-sı suriyalı, 14-ü səudiyyəli, 12-si misirli, 9-u sudanlı, 5-i fələstinli, 5-i yəmənli, 5-i iordaniyalı, 5-i tunisli, qalanları isə livanlı, mərakeşli, türk və əfqandır.
İraqda yalnız əcnəbi yaraqlılarla mübarizə apardığını uzun müddət bildirən Birləşmiş Ştatlar komandanlığı bu yaxınlarda ABŞ əsgərlərinin, əsasən, sünni iraqlıların basqınlarına məruz qaldıqlarını etiraf etməli olmuşdur.
Ümumiyyətlə, İraq həbsxanalarında silahlı basqınlarda iştirakda şübhəli bilinən 5,5 min adam saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]