İRAQ SURİYA İLƏ SƏRHƏDİ BAĞLAMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, İraq Suriya ilə sərhədi bağlamış, iki əyalətində biraylıq fövqəladə vəziyyət tətbiq etmişdir. Bu məlumatı Qətərin “Əl-Cəzirə” telekanalı yaymışdır. 15 oktyabr konstitusiyası layihəsi üzrə referendumdan bir gün əvvəl İraq bütün qonşu ölkələrlə, o cümlədən Suriya ilə quru, dəniz və hava sərhədlərini bağlamışdır. Baqdadın bu qərarının dekabrın 15-nə nəzərdə tutulan parlament seçkiləri ilə əlaqədar olması da istisna edilmir. Bundan əvvəl hakimiyyət orqanları İraq vətəndaşı olmayan ərəblərin ölkəyə gəlişini qadağan etmişlər. Bu tədbir də qarşıdakı seçkilərlə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]