İraqın şimalında və Türkiyədə 12 terrorçu zərəsizləşdirilib
Ankara, 27 iyun, AZƏRTAC
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Haftanin bölgəsində terror düşərgələrinə növbəti dəfə dəqiq zərbələr endiriblər.
AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində daha doqquz PKK terrorçusu məhv edilib.
Hakkari vilayətinin Kavaklı rayonunda keçirilən antiterror əməliyyatında isə üç PKK terrorçusu məhv edilib.
Digər bir məlumatda isə bildirilir ki, iyunun 20-də Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən tutulan PKK/KCK terror qruplaşmasının üzvü “Mervan” ləqəbli şəxsin verdiyi ifadə əsasında terrorçulara məxsus iki sığınacaq ələ keçirilib. Sığınacaqlarda terrorçuların üçün qışda istifadə etmək üçün saxladıqları geyim, ərzaq, o cümlədən silah və sursat ələ keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]