İrina Netreba: Qələbəmi anama həsr edirəm
Bakı, 25 oktyabr, AZƏRTAC
İrina Netreba Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında medal qazanan ilk qadın güləşçimiz olub.
AZƏRTAC xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan 27 yaşlı güləşçi bürünc medal əldə etdikdən sonra mundialdakı çıxışı haqqında bunları deyib: “Sözsüz, medal uğrunda görüş çətin keçdi. Amerikalı rəqibimi daha öncədən tanıyırdım. İlk dəfə dünya çempionatında medal qazandım. Bu “bürünc”ü Avropa çempionatında əldə etdiyim gümüş medaldan daha dəyərli sayıram. Məni sevindirən məqamlardan biri daha əvvəl uduzduğum çinli güləşçidən əvəz çıxmağım oldu. Şəxsi məşqçimə və yığmanın məşqçilərinə, bütün komandamıza təşəkkür edirəm. Qələbəmi anama həsr edirəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]