İrlandiya klubunun baş məşqçisi: Tofiq Bəhramov adına Respublika Stadionunda əla atmosfer var idi
Bakı, 30 iyul, AZƏRTAC
İstədiyimiz nəticə olmadı. Rəqibin gücünü bilirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İrlandiyanın “Şelburn” komandasının baş məşqçisi Coy O'Brayen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ı növbəti mərhələ münasibətilə təbrik edib: “Stadionda isə əla atmosfer var idi. Burada oynamaq bizə çətin oldu. Bugünkü matça yaxşı hazırlaşmışdıq. Hesabı bərabərləşdirmək üçün imkanlarımız yarandı:
“Qarabağ” yaxşı komandadır. Onların Avropa səhnəsində böyük təcrübəsi var. Gələcək görüşlərdə uğurlar arzulayıram”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 4:0 hesabı ilə üstələyən Ağdam klubu III təsnifat mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]