ISESCO Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçiriləcək
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 21-22-də Mərakeşin paytaxtı Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçiriləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi konfransda Komitə sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Konfrans zamanı professor Hicran Hüseynovanın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas istiqamətləri, uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə və digər sahələr üzrə çıxışı planlaşdırılıb.
Konfrans çərçivəsində hesabatlar dinləniləcək, yeni proqramlar açıqlanacaq və onların hazırlanması müzakirə ediləcək. Eyni zamanda, uşaqların zorakılıqdan müdafiəsi mövzusu sahəsində yeni Milli Fəaliyyət Planlarının qəbul edilməsi müzakirə olunacaq.
Konfrans çərçivəsində, həmçinin Azərbaycanın uşaq hüquqlarının müdafiəsi ilə bağlı müsbət təcrübəsinin ISESCO üzv ölkələrinə çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]