“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi təqdim olunub
Bakı, 18 avqust, AZƏRTAC
Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda növbəti görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində “Marsol Group”un üzvü olan sahibkarlara SİF-in güzəştli kredit mexanizmi barədə ətraflı məlumat verilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.