Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır, muğam sədası eşidilir…

İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır, muğam sədası eşidilir…

Naxçıvan, 14 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcovun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 9-10-da Qarabağa səfərlərinə dair məqaləsini təqdim edirik.

Sevincli günlər yaşayırıq. Əhvali-ruhiyyəmiz yaxşıdan da yaxşıdır. Niyə də olmasın!? Müstəqil Azərbaycanımızda, xüsusilə erməni işğalından xilas edilmiş Qarabağda, onun şəhər və kəndlərində sürətlə həyata keçirilən möhtəşəm quruculuq layihələri, təbii gözəlliklərə insan ağlı, zəkası ilə yeni gözəlliklər bəxş olunması bir ziyalı, Vətən övladı kimi məni də hədsiz sevindirir, qürurlandırır.

Hər dəfə televiziyadan Prezidentimizin Qarabağla bağlı səfərlərini, orada günbəgün artan sayagəlməz yenilikləri seyr etməkdən doymuram. Dövlət televiziyasında xəbər öncəsi quruculuq işlərini əks etdirən qısa süjetləri təkrar-təkrar seyr etdikcə köksüm fərəhlə dolur.

Prezidentimizin bölgələrə, xüsusilə də Qarabağa hər səfəri möhtəşəm açılışlarla və yeni təməlqoymalarla səciyyələnir. Bu günlərdə, daha doğrusu mayın 9-10-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşada, Xocalıda bir sıra obyektlərin açılışında iştirakı, Qarabağın giriş qapısı sayılan Ağdama səfərləri yaddaqalan və unudulmaz oldu. Şuşa rayonunun Daşaltı kənd məscidinin tikilib istifadəyə verilməsi milli-mənəvi dəyərlərimizə qayıdışın növbəti ifadəsinə çevrildi. Hafizəmiz təzələndi. Xatırladım ki, düşmən işğal dövründə 60-dan çox məscidimizi dağıdıb, təhqir etmişdi. Bu vəhşiliyi əks etdirən görüntülər hər birimizin ürəyini dağlamışdı. Ancaq şükürlər olsun ki, aradan ötən 5 ilə yaxın müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mənəvi dəyərlərimizin ayrılmaz parçası sayılan məscidlərimiz də yenidən bərpa olunur, yenidən qurulur.

Hər dəfə olduğu kimi, Prezidentimizin Şuşa, Xocalı, Ağdam səfərini də telekanallardan diqqətlə izlədim. Tarixi Zəfərimizin rəmzi sayılan Şuşa bu gün əzəli görkəminə qovuşur, baxdıqca baxılır, göz oxşayır ana yurdumuz. Mayın 9-da dördüncü yaşayış kompleksinin təməlinin qoyulması qayıdışımızın Şuşa səhifəsinin daha da zənginləşəcəyinin müjdəçisi oldu. Eyni zamanda, uzun illər yaralı yerimiz olan, qanadıqca qanayan “Xocalı” adlı yaramıza məlhəm sürülür, Xocalıya da həyat qayıdır. Ötən il rayonda 32 il öncə yarımçıq qalmış toy mərasiminin keçirilməsi hər birimizi sevinc göz yaşlarına boğmuşdu. Bəli, illər ötsə də 1992-ci ilin 26 fevralını unutmuruq və heç vaxt da unutmayacağıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə quracağımız yeni Xocalı isə düşmənə ən böyük göz dağımız olacaq.

Ağdamda Muğam Mərkəzinin, dəmiryol vağzalının və avtovağzal kompleksinin açılışları, Kəngərli kəndindəki yeniliklər, yeni evlərin sahiblərinə paylanması isə dövlətimizin böyük iqtisadi, siyasi, sosial gücünün bariz göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə düşmənin törətdiyi dağıntılar üzərində yenidən göz oxşayan şəhər və kəndlərin salınması, 30 il həsrətdə qalmış keçmiş məcburi köçkünlərin doğma yurda qayıtması, onların sosial-mədəni ehtiyaclarının ödənilməsi dövlətimizin ən prioritet məqsədlərindəndir.

Dövlət başçımızın Ağdama səfəri, möhtəşəm açılış tədbirlərini gerçəkləşdirməsi, yaddaqalan səmimi, təsirli görüşləri mayın 10-da oldu. Bu gün heç də təsadüfi seçilməmişdi. Çünki həmin tarix Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Bu dahi şəxsiyyət çətinə, dara düşmüş xalqımızı yad əllərdən, qanlı düşmən caynağından xilas edib, inkişaf yoluna çıxartdı, müstəqilliyimizi əbədi etdi. Onun qurub-yaratdığı yenilənmiş Azərbaycanı isə siyasi varisi və özü qədər inandığı Prezident İlham Əliyev bir daha yüksəltdi, torpaqlarımızı erməni işğalçılarından tam azad etdi. Və beləliklə “qalib ordu”, “qalib Azərbaycan” ifadələri bütün dünyaya yayıldı.

Müzəffər Ali Baş Komandanımızın mayın 10-da reallaşan Ağdam səfəri Ulu Öndərin ruhunu şad etməklə bərabər, onun siyasi xəttinin nə dərəcədə geniş və dərin çalarlarla davam etdirildiyinin bariz göstəricisi oldu. Ağdam Muğam Mərkəzinin açılışı və orada Prezident İlham Əliyevin ürəkləri titrədən mənalı, düşündürücü çıxışı, hafizələrdən silinməyəcək canlı konsert, tədbir sonrası görüşlər, məşhur “Qarabağ” mahnısının birlikdə ifa edilməsi dövlət və xalqın birliyinin əsl təntənəsinə çevrildi. Bu qəlb coşduran səhnələri seyr etdikcə mədəniyyətimizə, o cümlədən musiqimizə, muğam sənətinə nə qədər dəyər verildiyi gözlərimiz önündə canlanır.

Bir sözlə, indi Şuşaya, Xocalıya, Ağdama, işğaldan azad edilmiş digər ərazilərə qayıdan əbədi həyatın, əbədi dəyərlərin və muğamın sədasını duyuruq…

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub