İSLAM DÜNYASI İLƏ İSRAİL ARASINDA SİLAHLI MÜNAQİŞƏ OLA BİLMƏZ
O, İran-İsrail münasibətlərindən danışaraq qeyd etmişdir ki, “bu gün sözdə hərbə-zorba gəlmək müvəqqəti haldır, iki ölkə arasında heç bir silahlı münaqişə olmayacaqdır”.
Müfti vurğulamışdır ki, “İranın yeni prezidenti indi Beynəlxalq Atom Enerjisi Agentliyində müzakirə olunan məsələni tənzimləyə biləcəkdir. Xüsusən də ona görə ki, Rusiya Tehrana çox dəyərli təklif etmişdir. Tehran bu təklifə maraq göstərir”. Onun fikrincə,”indi həm İran, həm də İsrail tərəfindən müşahidə olunan gərginliyi səngitmək üçün danışıqlarda qarşılıqlı məqbul qərar tapılacaqdır”.
Qaynuddin demişdir: “İsrailin statusuna gəldikdə, o, dünya birliyi tərəfindən tanınmışdır, BMT-nin üzvü olan dövlətdir. Əminəm ki, İran bu faktla hesablaşacaqdır. İran, öz növbəsində, Fələstinin müstəqillik statusunun tanınmasını tələb edir – bununla bütün müsəlman ölkələri, habelə Rusiya müsəlmanları həmrəydirlər. İsrail də, dünya birliyi də müstəqil, suveren Fələstin dövlətinin mövcud olması hüququnu tanımalıdırlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]