İSLAM KONFRANSI TƏŞKİLATI GƏNCLƏR FORUMUNUN RƏHBƏR HEYƏTİ SEÇİLMİŞDİR
İslam Konfransı Təşkilatı Gənclər Forumunun Bakıda keçirilən Baş Məclisinin sonuncu günü qurumun rəhbər heyəti seçilmişdir. Forumun prezidenti Əli Sarıqaya (Türkiyə), baş katibi Elşad İsgəndərov (Azərbaycan), vitse-prezidentləri Anas Əl-Fəlah (Küveyt) və Rəda Mehuqyeni (Əlcəzair) olmuşlar.
Pakistan, İran, Türkiyə, Sudan və Səudiyyə Ərəbistanının nümayəndələrindən ibarət idarə heyəti də seçilmişdir.
Forumun iqamətgahının Ankarada, katibliyinin isə Bakıda təsis edilməsi qərara alınmışdır.
Yekun sənədində İKT Gənclər Forumunun platformasının işlənib hazırlanmasının zəruriliyi qeyd edilmişdir. O, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti əlaqələndirəcəkdir. Forumda separatizmin hər cür təzahürləri, terror aktları pislənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]