İSLAM VƏ MƏHƏMMƏD PEYĞƏMBƏR HAQQINDA MAHNILARIN MÜƏLLİFİ POP MUSİQİSİNDƏN İLHAM ALIR
AZƏRTAC “Azadlıq” radiosuna istinadla xəbər verir ki, İslam və Məhəmməd Peyğəmbər haqqında mahnıları ilə şöhrətlənmiş, müsəlmanlar arasında populyar müğənni və bəstəkar Sami Yusif bildirmişdir ki, onun yaradıcılığı ruhən pop musiqisindən qidalanır. Müğənni bu bəyanatı Qahirədə qastrol səfərində bildirmişdir. Sami Yusifin 25 yaşı var, Londonda Azərbaycan mühacirlərinin ailəsində böyümüşdür. Onun mahnılarının mətnləri bir neçə dildə - ingilis, ərəb və türk dillərində yazılmışdır. Sami Yusifin repertuarına Beslan faciəsi qurbanlarına həsr olunmuş “Məhəmməd” mahnısı da daxildir.