İSLAMABADDA MAARİFÇİ LİBERALİZM MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarda Prezident Pərviz Müşərrəf geniş nitq söyləmiş, maarifçi liberalizm strategiyasını həyata keçirmək, eləcə də beynəlxalq sülhün və sabitliyin qorunması kimi çətin bir vəzifənin öhdəsindən gəlmək üçün Şərq və Qərb dövlətlərini əlbir fəaliyyət göstərməyə çağırmışdır.
Seminarda vurğulanmışdır ki, İKT ölkələri bu günədək regional iqtisadi əməkdaşlıq və ticarət əlaqələri qura bilməmişlər. Təklif olunmuşdur ki, İKT ölkələri ilk növbədə 6-7 regional blok yaradaraq öz aralarında iqtisadi, ticari əlaqələri inkişaf etdirməklə sonda bunu ümumi islam blokuna çevirsinlər.
Tədbirdə İKT-yə üzv olan 40 ölkədən 50 alim iştirak etmişdir. Beynəlxalq Ekoenerji Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Fəqan Əliyev seminarda çıxış etmişdir. Seminarın işində Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli iştirak etmişdir.
Tədbirin iştirakçılarını Pakistan Prezidenti Pərviz Müşərrəf qəbul etmişdir.