İslandiya NATO-nun Latviyadakı döyüş qrupuna qoşulub
Riqa, 3 noyabr, AZƏRTAC
Bu gün Latviya Müdafiə Nazirliyi NATO müttəfiqlərinin ölkədəki iştirakının İslandiya nümayəndələri ilə genişləndiriləcəyini bildirib.
AZƏRTAC ölkənin “Delfi” portalına istinadla xəbər verir ki, Latviyanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, İslandiya NATO-da strateji kommunikasiya məsələləri ilə məşğul olacaq və müvafiq mütəxəssislərlə təmin etmək öhdəliyini yerinə yetirəcək. Bununla yanaşı, islandiyalılar Litva və Estoniyada İttifaqın döyüş qruplarına qoşulacaqlar.
Bildirilib ki, NATO-nun Latviyadakı çoxmillətli kontingentinə Kanada rəhbərlik edir, batalyonun heyətinə isə Latviyada rotasiya prinsipi əsasında xidmət edən, Milli Silahlı Qüvvələr ilə birlikdə təlimlərdə iştirak edən Albaniya, Çexiya, İtaliya, Kanada, Monteneqro, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan təxminən 1400 hərbçi daxildir.
Qeyd edilib ki, İslandiya 1949-cu ildən bu yana NATO-nun üzvü olsa da, daimi orduya sahib deyil.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]